ABŞ komandası unudulan məlumatları bərpa edəcək "beyin protezləri" üzərində çalışır!
Elm adamlarının son işləri öz bəhrəsini versə itib gedən məlumatlarımızı bərpa etmək mümkün olacaq .
Defense Advanced Research Projects Agency (DARPA) alimləri beyin sarsıntısı keçirən və ya yaddaş itkisi yaşayan milyonlarla adamın yaddaşını geri gətirəcək beyin protezləri üzərində çalışır. DARPA'nın bioloji texnologiyalar direktoru Dr. Justin Sanchez "imkanların qapısını açırıq" deyir və əlavə edir: "Sinir sistemi ilə ünsiyyət qurmağın nə demək olduğunu anlamağa çalışırıq. Beynin bizə söylədiklərini anlayacaq texnologiyamız var mı? "
DARPA'nın araşdırmaları cavabın bəli olduğunu deyir .Sanchez-ə görə komanda köhnə bir xatirənizi xatırladığınız zaman beynin verdiyi siqnalları qəbul edə bilir. Bu siqnalın beyinə birbaşa olaraq verilməsiylə xatırlamağı dövrəyə salmaq mümkün ola bilər. Bunun realaşması üçün kiçik bir elektrik axıntısı kömək edir .
Ancaq DARPA'nın qət etməsi lazım olan yol olduqca uzundur. "The Matrix"də olduğu kimi beynə məlumatın aşılandığı bir texnologiyadan və ya düşüncəylə əşyalarımıza nəzarət edəcəyimiz bir texnologiyadan çox uzağıq. "Bizi həqiqətən maraqlı bir gələcək gözləyir" deyən DARPA'nın hal-hazırki məqsədi bu işin "təməllərini" araşdırmaqdan ibarətdir .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .