Instagram-da hesabınızı müvəqqəti olaraq bağlaya bilərsiniz. Lakin bu xüsusiyyət Instagram-ın mobil tətbiqindən deyil web saytından edilir. Hesabınızı müvəqqəti olaraq bağladığınızda paylaşdığınız fotoşəkillər, bildirdiyiniz rəylər, bəyənmələr gizlənir, ancaq silinmir.
Instagram hesabı müvəqqəti olaraq bu şəkildə dondurulur:
Birincisi mobil brauzerdən və ya kompüterdən www.instagram.com saytına daxil olun.
Açılan səhifədə sağ üst küncdə olan profil işarəsinə vurun.
Sonrakı səhifədə "Profili düzənlə" pəncərəsinə daxil olun.
Açılan tənzimləmələr menyusunda ən altda "Hesabımı müvəqqəti olaraq bağla" variantına vurmağınız yetərli olacaq. Hesabınızı eyni şəkildə yenidən aktivləşdirə bilərsiniz.