Huawei şirkəti yeni Kirin 710 prosessorunu təqdim etdi. Orta səviyyə telefonlarda istifadə ediləcək bu prosessor 12 nm texnologiyası ilə hazırlanacaq. Adından da göründüyü kimi yeni prosessor Snapdragon 710 prosessoruna rəqib olacaq. Yeni prosessor əvvəlki prosessora nisbətən ( Kirin 659 ) 75% daha performanslıdır. Bu isə böyük göstəricidir.
Prosessor 4 nüvə Cortex-A73 2.2 GHz və 4 nüvə Cortex-A53 1.7 GHz-dən ibarət olacaq. Prosessorda ARM Mali-G6 GPU-su istifadə edilib. Yeni prosessor ilk dəfə Huawei Nova 3i smartphone-nunda istifade edilecek. Həmçinin prosessor əvvəlkinə görə daha yaxşı şəbəkə çəkim qabiliyyətinə sahib olacaq.