Facebook-da axtarış arxivimi necə silə bilərəm?

Arxiv axtarışlarınız sizi narahat edir?

Facebook axtarış arxivini necə silmək olar?

Dünyanın ən populyar sosial media saytlarından olan Facebook, həm də ən çox istifadəçi sayına malik sosial şəbəkədir. Bildiyimiz kimi,  Facebook axtarış sistemini asanlaşdırmaq üçün son axtarışa verdiyimiz profilləri yaddaşda saxlayır. Ən çoxda sadəcə bir dəfə axtaracağımız şəxsi və ya təsadüfən axtarışa verdiyimiz profili hər dəfə görmək o qədər də xoş olmur.

Həm kompüterlerdə, həm də smartfonlarda bu əməliyyatın necə aparalıcağına baxaq

Kompüter

1). Facebook-a daxil oluruq və Search (Axtar) bölməsinə klikləyirik

2). Daha sonra Edit (Redaktə et) bölməsinə daxil oluruq

3).Remove Search (Axtarışları sil) klikləyirik və təsdiq edirik

Smartfon

1). Facebooka daxil oluruq və çıxış üçün istifadə etdiyimiz balaca ox (Facebook app-də 3 düz xətt) işarəsinə klikləyirik.

2). Activity Log (Fəaliyyət tarixçəsinə) daxil oluruq

3). Filter-ə daxil oluruq

4).Search (Axtarış) bölməsini tapın və daxil olun

5). Remove Search (Axtarışları sil) klikləyin və təsdiq edin

Artıq sizin Facebook hesabınızda axtarış arxivi silinmiş olacaq.