Mark Zuckerberg Facebookdakı hissələrinin bir hissəsini satışa çıxardı. Amma bunu sərvətini artırmaq üçün etmir!
Facebook CEO-su Mark Zuckerberg sosial şəbəkədəki hissələrinin kiçik bir hissəsini satışa çıxarır. ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən ötən Cümə günü edilən şərhdə Zuckerbergin Avqust ayında Facebookun 95 milyon dollar dəyərindəki təxminən 768 min hissəsini satmaq qərarına gəldiyi göstərilir.
Digər tərəfdən bu satışa çıxarma Zuckerbergin pul qazanmaq istəyi ilə əlaqədar deyil. Zuckerbergin bu addımı atmağı "fərdiləşdirilmiş öyrənmə, xəstəliklərin müalicəsi , insanlarla əlaqə qurma və daha güclü birliklər yaratmaq" kimi hədəflərə yönəlmiş firma və müəssisələr üçün xərcləmə məqsədiylə əlaqədardır.
Zuckerberg bu planını həyat yoldaşı Priscilla ilə birlikdə dekabr ayında ilk körpələri doğulduqdan sonra bildirmişdi. Zuckerberg bu planını açıqlayarkən hədəflərini "insan potensialını inkişaf etdirmək və yeni nəsillərdə bütün uşaqların bərabərliyini dəstəkləmək" olaraq açıqlamışdı.
Mark Zuckerberg hələ də Facebookun bütün səhmləri içərisində 400 milyonu aşan bir hissəyə sahibdir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .