Ən yaxşı Android Oreo xüsusiyyətləri!

Google-un yeni əməliyyat sistemi Android Oreo təqdim edəcəyi xüsusiyyətlərlə birlikdə bu ana qədər inkişaf etdirilən ən yaxşı Android versiyası olaraq xarakterizə edilir.

Android Oreo xüsusiyyətləri!

Google Android Oreo əməliyyat sistemi ilə açılış müddətlərini az qala 2 qat daha sürətli hala gətirəcək. Bu sayədə uzun gözləməyə bir son gəlir deyə bilərik.Çoxlu pəncərə özəlliyi: Android Oreo versiyası ilə birlikdə gələn çoxlu pəncərə və Picture in Picture (PIP) rejiminin standart versiyası da gələcək. Bu xüsusiyyət sayəsində birdən çox tətbiqi eyni anda tək ekranda istifadə edə biləcəksiniz.

Tətbiqləri yükləmədən istifadə etmək: Google-un Android Oreo versiyası aktuallaşması ilə bəzi tətbiqlər cihaza yüklənmədən istifadə edilə biləcək. Yaradıcıların dəstək verəcəyi tətbiqlər brauzer vasitəsi ilə istifadə oluna biləcək.

Google Play Store artıq daha etibarlı olacaq:Təhlükəsizlik nöqtəsindəki açıqları səbəbiylə istifadəçiləri zaman zaman risk altına alan Google Play Store artıq daha etibarlıdır. Google Play Protect sayəsində Android Oreo cihazları daha təhlükəsiz olacaq.

Android Oreo versiyası ilə gündəlik yazışmalarımızın önəmli hissəsi olan emojiler də yeniləndi. Oreo əməliyyat sistemində yenilik olaraq 60 yeni Emoji daha əlavə ediləcək.

Təkmilləşdirilmiş səs : C və C ++ səs dəstəyi ilə yüksək keyfiyyətli səslər Android Oreo ilə istifadəyə təqdim ediləcək. Android cihazları bu yeniləmə ilə daha maraqlı xüsusiyyətlər təqdim edəcək. VolumeShaper xüsusiyyəti ilə səslərə, musiqilərə və video qeydlərinə müxtəlif səs keçidləri və effektləri əlavə olunacaq.

Bunlardan əlavə xüsusiyyətlər də əlavə olunacaqdır.