Texnologiya.az "Technews.az"-a istinadən bildirir ki Google” hər il “Android” əməliyyat sisteminin yeni versiyalarını təqdim edir, ancaq istehsalçı şirkətlər “Google”-un sürətinə çata bilmirlər. Ancaq görünür ki, “Sony” də “Google”-un sürətinə çatmağı hədəfləyir. Buna görə də, vaxt itirmədən “Xperia Z3” üçün “Android 7.0 N”-in Proqramçı Önizləmə versiyasını yayımladı.
Şirkət ilk mərhələ üçün ən məşhur “Xperia” olan “Z3”-ü seçib. Hazırda versiyanı ancaq “D6603” və “D6653” model kodlu cihazlara yükləmək mümkündür. Daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.
https://developer.sony.com/develop/smartphones-and-tablets/android-n-developer-preview/?utm_source=webtekno&utm_medium=sony-den-bir-ilk-android-7-0-n-in-gelistirici-surumu-xperia-z3-icin-yayimlandi
Bəs bu versiyanı cihaza necə quraşdıraq?
İlk olaraq onu deyim ki, bu proses risklidir və addımlar dəqiqliklə yerinə yetirilməlidir. Proses zamanı fayllarınız itə və ya silinə bilər. Ona görə də fayllarınızın ehtiyac nüsxəsini götürməyi unutmayın. Ediləcək xətalara görə, saytımız məsuliyyət daşımır və bütün məsuliyyət sizin öz üzərinizdədir.
Yeni təqdim olunmuş versiyanı cihaza quraşdırmaq üçün aşağıdakı addımları izləmək lazımdır:
Uyğun kodlu (D6603 və D6653) “Xperia Z3”-ü USB vasitəsilə kompüterə qoşuruq.
PC telefonu tanıdığı zaman “Xperia Companion” proqramı avtomatik olaraq açılacaq, ancaq açılmırsa, həmin proqrama daxil oluruq. Əgər kompüterinizdə bu proqram quraşdırılmayıbsa, bu keçiddən yükləyə bilərsiniz. DİQQƏT: proqramın versiyası 1.1.24 və ya daha yeni versiya olmalıdır. Əgər komputerinizdəki proqram köhnə versiyadırsa, verdiyimiz keçiddən yenisini yükləyin.
Komputerinizdə ALT düyməsini basılı saxlayın və ana ekrandakı “Software repair” bölməsini daxil olun və addımları izləyin.
Proqram sizdən telefonunuzun komputerlə əlaqəsini kəsməyinizi və cihazı söndürməyinizi istəyəcək. Sönülü olan telefonunuzda səs azaltma düyməsini basılı saxlayaraq telefonu yenidən kompüterə qoşun. Və budur “Android N” versiyası cihazınıza flaşlanacaq.
Əgər yeni versiyanı yükləməkdə problem yaşayırsınızsa və ya yenidən köhnə versiyaya qayıtmaq istəyirsinizsə, “Xperia Companion” proqramına yenidən daxil olub “Fabrik parametrlərinə sıfırla” seçimindən istifadə edərək geriyə qayıda bilərsiniz.