Android telefonlarda təhlükə !

Qualcomm proqramındakı bir açıq Android cihazlarının məlumat oğrularına illərdir açıq olduğunu göstərir. Xüsusilə telefonlarında Android 4.3 Jellybean və aşağı versiya əməliyyat sistemi yüklü olanlar daha çox risk altındadırlar ! Təhlükəsizlik şirkəti FireEye-nın Androiddə kəşf etdiyi hal-hazırda "bağlanmış" olan bir təhlükəsizlik açığının cihazın idarəsinin ələ keçməsinə səbəb ola bildiyi ortaya çıxdı. Açıq axtarış və SMS tarixçəsinin Android 4.3 Jellybean və əvvəlki versiyaları istifadə edən telefonlardan oğurlana bilməsinə icazə verir. Android 4.4 KitKat və sonrakı versiyaları istifadə edən cihazlar Android'dəki təhlükəsizlik tədbirləri sayəsində açıqdan qismən qorunurlar . Bununla birlikdə hücum yolu ilə müxtəlif sistem xüsusiyyətlərini dəyişdirmək mümkün ola bilər. Bundan başqa sistemdəki açıq vasitəsilə cihazın digər funksiyaları da nəzarət altına alına bilər. Qualcommun FireEye tərəfindən xəbərdar edilməsindən sonra daemon'dakı açığı 2016-cı ilin yanvarında bağladığı bildirilir . Ancaq FireEye-nın verdiyi məlumata görə açıq bu günə qədər gözdən qaçmış olduğundan son 5 ildə milyonlarla cihazın bu təsirə məruz qalacağı gözlənilir . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .