Android cihazınızın ana ekranından sıxılırsınızsa bu tətbiq məhz sizin üçün hazırlanmışdır . Cihazın ana ekranında işləmək üçün bir çox tətbiqlər mövcuddur , lakin Start ilə bunu daha da mükəmməl şəkildə edə biləcəksiniz .
Tətbiqi cihaza quraşdırdıqdan sonra ana ekranının sol tərəfində bizim istifadə edə biləcəyimiz birdən çox qısayol yerləşir . Bu qısayollar sayəsində digər tətbiqləri aça bilər və internet ayarları ilə bağlı xüsusiyyətləri xüsusi ayrılmış pəncərədən tənzimləyə bilərsiniz .
Tətbiqin kilid açma ikonu da bir az fərqli işləyir. Kilid simvolunu əlaqədar ikonun üzərinə apardığınızda tətbiqi açmaq əvəzinə ikonun əlaqədar olduğu bütün tətbiqlər və ya son axtardığınız insanlar sıralanır . Beləcə daha çox seçim şansınız olur. Yenə də ana ekranında tətbiqin ayarlar menyusundan fərqli dəyişikliklər də edə bilirsiniz.
Hər tətbiqdə olduğu kimi bu tətbiqin da xoşagəlməz xüsusiyyəti ana ekranda olduğunuz zaman ara sıra reklam çıxartmasıdır .
Tətbiq hazırda yalnız Android platformalarında var .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .