Android üçün Prisma çıxdı!

iOS əməliyyat sistemində qısa müddətdə ən çox yüklənən fotoşəkil redaktə tətbiqlərindən olan Prisma çox gözlətmədən Android istifadəçilərinə təqdim edildi. İyun ayında iOS əməliyyat sistemi üçün təqdim olunan tətbiq qısa zamanda milyonlarca istifadəçinin ağıllı telefonunda yer almağı bacardı. Bu müddət ərzində Prisma bir çox ölkədə ən çox yüklənən tətbiqlər siyahısının başında yer aldı. Ən yaxşı fotoşəkil redaktə tətbiqlərindən biri olan Prisma bu dəfə Android istifadəçilərinə təqdim edildi. Digər fotoşəkil redaktə tətbiqlərinin əksinə olaraq bədii toxunuşlarla özünü ön plana çıxaran Prisma-da kamera ilə çəkilən ya qalereyadan seçilən bir şəkil üzərində redaktələr etmək mümükündür. Bir çox filtr və effektlərin tətbiq oluna bildiyi tətbiqə yaxın zamanda video və 360 dərəcə fotoşəkil çəkim dəstəyinin daxil olunması gözlənilir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .