Texasdakı bir federal məhkəmə Apple-ın Facetime və iMessage patentləri üçün VirnetX adlı şirkətə 502,6 milyon dollar ödəməsinə qərar verdiyini elan edib. Apple və VirnetX arasındakı patent mübahisəsi təxminən 8 ildir ki, davam edir. Bu qərardan sonra Apple hələ ki, rəsmi açıqlama etməyib.
ABŞ-lı texnologiya nəhəngi Apple ilə 2010-cu ildən patentlərinə görə mübarizə aparan VirnetX şirkəti sonuncu dəfə 2017-ci ilin oktyabr ayında məhkəmənin Apple-a 439,7 milyon dollar ödəməsi qərarını verdikdə qarşı-qarşıya gəlmişdi.
VirnetX-in bütün iş modeli onun müəyyən patentlərini istifadə edərək istehsal və ya satış edən şirkətləri məhkəməyə vermək üstündə qurulması şirkətin sektorda "patent trolu" adlandırılmasına səbəb olur.
Mərkəzi Nevadada olan şirkətin Apple-ı Qərbi Texasda məhkəməyə verməsi isə ona qoyulan bu ləqəbin yanlış olmadığını göstərir. Belə ki, Qərbi Texas məhkəmələrində patent iddiaları edən şirkətlərin məhkəməni qazanma faizi daha yüksəkdir. Sonda bunu da qeyd edək ki, Bloomberg-in xəbərinə görə sözügedən məhkəmə qərarından sonra şirkətin səhmləri 44% artıb.