Son 5 ildə patent almış 5 maraqlı ixtira

Müasir texnologiya gündən-günə özünü yeniləyir və ağıla gələn hər yeni və kreativ fikri reallaşdırmaq yolunda inanılmaz bir artım nümayiş etdirir. Beləliklə, son 5 ildə patent almaq üçün müraciət edilmiş bir-birindən maraqlı 5 ixtira.

1. Boeing-in yanğın söndürmə bombası

Standart olaraq reallaşdırılan təyyarə və ya helikopter vasitəsilə edilən yanğın söndürmə əməliyyatı əvəzinə böyük ölçülü yanğınlar üçün yaradılmış və yanmanın qarşısını alan maddələr saçan həqiqi bir bomba.

2. Apple-ın zədələnməni əngəlləyən ekran qoruması

Bu texnologiya reallaşdırıldığı təqdirdə telefonumuz və ya planşetimiz yerə düşəcəyini sensorları vasitəsilə anlayaraq dərhal ortaya çıxan bir qapağın köməkliyi ilə telefonumuzu zərbənin təsirindən qoruyacaq.

 

3. Amazonun yük çatdırma üçün istifadə edəcəyi “Poçtalyon dron”

Bu yaxınlarda ilk addımları atılan, hətta pilot ərazilərdə istifadəsi həyata keçirilən “Poçtalyon dron” texnologiyası sayəsində yaxın gələcəkdə çatdırılmalar daha sürətlə sahiblərinə çata biləcək.

 

4. Walmart-ın robot arıları

Black Mirror serialının da bir bölümündə istifadə olunan bu texnologiyanın geniş şəkildə istifadə olunmasına çox az qalıb. Bu texnologiya sayəsində dünyada sayı sürətlə azalan təbii arıların yerini robot arılar alacaq ki, bu yolla da çiçəklərin tozlanma prosesi sağlam şəkildə davam etdirilə biləcək.

 

5.İBM-in ağıllı geyim texnologiyası

2017-ci ildə müraciət edilən bu patentin hədəfi istifadəçilərinin ürək döyüntüsünün sürətindən sağlamlıq vəziyyətinə qədər hər cür informasiyanı dəyərləndirib, istifadəçi üçün ən rahat geyim rejiminə keçməkdir. Bundan başqa, bu texnologiyanın hava şəraitindən asılı olaraq sahibinin bədən tempraturunu ideal vəziyyətdə tutmaq və ya istifadəçinin istəklərini yerinə yetirmək kimi funksiyasının da olacağı bildirilir.

Yaşadığımız dövr bir-birindən maraqlı yenilikləri ilə bizi həqiqətən də təəccübləndirməyə davam edir.