Bu günlərdə Apple şirkəti "əməkdar" göy qurşağı loqosunun marka qeydiyyatı üçün USPTO-ya müraciət edib. İlk iPhone-dan təxminən 30 il əvvəl, 1977-ci ildə nümayiş etdirilən göy qurşağı loqo təxminən 22 il istifadə olunub. Apple ötən ilin dekabr ayında ABŞ-da bu loqonun qeydiyyatı üçün müraciət etdiyini bildirsə də bu müraciətin hələ ki, cavabını ala bilməyib.
Sözügedən müraciətin sənədlərində Apple-ın bu loqosunu papaqların üstündə istifadə etməyi planlaşdırdığı yazılıb. Bu da insanlarda haqqlı olaraq Apple-ın yeni bir sektora girəcəyi düşüncəsini yaradıb. Şirkətin loqo üçün müraciətinin əsas məqsədi tam bilinməsə belə, yeni bir marka yaradacığı düşüncəsi həqiqəti əks etdirir.
Yeni loqo üçün müraciət Apple-ın rəqiblərinə qarşı marka və loqosunu qorumasına kömək edəcək. Əslində, bu loqolu papaq fikri yeni bir ideya deyil. Çünki, şirkət artıq Apple Park-dakı mağazasında sözügedən loqonun həkk olunduğu paltarlar satır.