“Apple”-ın 2012-ci ildə aldığı patent “Apple Pencil”-in gələcəyi haqqında məlumat verir. Beləki, şirkət sözü-gedən məhsulu daha da inkişaf etdirəcək.
Texnologiya.az “Appleinsider”-ə istinadən bildirir ki, “Apple Pencil”-in uclarını dəyişdirmək mümkün olacaq. Patentdə göstərilib ki, qələmə təzyiq hiss edən fırça uc və hərəkəti təyin edən kamera əlavə edilə bilər.
“Apple Pencil”-a əlavə edilə biləcək xüsusiyyətlərdən biri də barmaq izi sensoru ola bilər. Beləliklə, hər qələm bir şəxsə aid olacaq.
Qeyd edək ki, bunlar patentdə görülən yeniliklərdir və bunların həqiqətən tətbiq olunub-olunmayacağı məlum deyil.