Apple qatlanan telefon üçün patent gözləyir

ABŞ-ın texnologiya nəhəngi Apple Samsungun da daha əvvəl üzərində işlədiyini açıqladığı 'qatlana bilən telefon' üçün patent tələb etdi.


Samsung qatlana bilən cihazlar üçün smartfonlara diqqət yetirərkən Apple patentinin bir dizüstü kompüter, tablet, smartphone və ya saat ola biləcəyini qeyd etdi.
Apple-ın patentləşdirmək istədiyi bu texnologiyanın İphone-dan əlave ağıllı saatlarda da istifadə olunması mümkündür.


Apple və Samsung elastik ekranlı qatlanan cihazlar sahəsində işləyən ilk şirkətlər deyil. ZTE keçən ay Axon M adlı qatlana bilən smartfon satışa çıxarmışdır.