13 yeni emoji ilə Apple əngəllərə "Yox!" deyir

Apple-dan təqdirəlayiq addım.

Emojilər mövzusunda hər zaman rəqiblərini qabaqlamağı bacaran Apple, bugün Unicode Consortium-a yeni emojilər məsləhət görüb. Fiziki qüsurlu insanları hər zaman diqqət mərkəzində saxlayan şirkət, tədqim etdiyi yeni 13 emoji ilə onların işini daha da asanlaşdırmağı planlayır. Əngəlləri yox etmək üçün belə bir təqdirəlayiq addım atan Apple, yeni emojiləri böyük ehtimalla iOS 12 yeniləməsi ilə sistemə əlavə edəcək. 

Kaliforniyalı texnologiya nəhəngi mövzu ilə əlaqədar "Apple fiziki qüsurlu şəxsləri daha yaxşı təmsil etmək üçün yeni emojilər əlavə etmək istəyir. Hal-hazırda yüzlərlə emoji olmasına baxmayaraq, onlardan heç biri fiziki qüsurluları təmsil etmir" açıqlamasını edib. Əngəllərin geniş bir siyahı şəklinə salınmadığını qeyd edən Apple, bu yeniliyin sadəcə başlanğıc olduğunu deyib.