Apple CarPlay tətbiqi sayəsində WhatsApp avtomobillərdə istifadə olunacaq

WhatsApp-ın yeni yenilənməsi ilə birlikdə Apple CarPlay-ə rəsmi olaraq WhatsApp tətbiqi əlavə edildi. Siri vasitəsi ilə rahatlıqla mesaj alıb göndərə biləcəksiniz.

Apple-ın CarPlay tətbiqinə WhatApp əlavə edildi. Əvvəllər  Apple CarPlay ilə təchiz olunmuş avtomobilləri idarə edərkən Siri vasitəsi ilə WhatApp istifadə etmək olurdu lakin,  artıq tətbiqin 2.10.2 versiyası ilə rəsmi olaraq WhatApp CarPlay tətbiqinin ana ekranına əlavə edilir. Bu versiya ilə istifadəçilər avtomobil sürərkən WhatsApp mesajlarını qəbul edə bilərlər.

Proqramın 2.10.2 versiyası CarPlay-ə qoşulan bir iPhone-da quraşdırıldığında  WhatsApp Messenger simvolu avtomatik olaraq CarPlay interfeysinə əlavə olunur. Yeni CarPlay inteqrasiyası ilə WhatsApp-dan olan mesajlarınız Siri vasitəsilə bir-bir oxunur. Ayrıca istifadəçilər avtomobil sürərkən tək bir barmağını belə istifadə etmədən SİRİ-yə WhatApp vasitəsi ilə kiminlə əlaqə qurmaq istədiyini qeyd edə və mesajı alıcıya göndərə bilər.

Bu xüsusiyyəti istifadə etmək üçün Apple CarPlay dəstəkli bir avtomobilə, iPhone 5 və ya  üstün  bir iPhone-a ehtiyacınız var. Apple CarPlay ilə edə biləcəkləriniz yalnız bunlarla məhdud deyil. Əllərinizi istifadə etmədən  xəritələri aça bilər, gələn SMS-lərin oxuya bilər, video izləyə bilər, musiqi dinləyə və hətta Siri ilə söhbət belə edə bilərsiniz.