Google, Android əməliyyat sistemi üçün təhlükəli ola biləcək iki böyük təhlükəsizlik açığı üçün yeniləmə göndərdi.
Android istifadəçiləri üçün bu böyük təhlükəsizlik açığı istifadəçilərin fərdi məlumatlarının oğurlanmasına səbəb ola bilərdi. Yeniləmə əvvəlcə bu ehtimalı ortadan qaldırır.
Stagefright Təhlükəsizlik Açığı aradan qaldırıldı.
Android istifadəçilərini ciddi bir şəkildə təhdid edən stagefright adlı açıqda təcavüzkarlar Android cihazlarda zərərli kodları işlədərək bütün şəxsi məlumatları ələ keçirə bilər. Açığın yol açdığı ən əhəmiyyətli problem zərərli proqram təminatı ilə Android cihazın daxili yaddaşından əlavə SD kartda olan fayllara da çıxışı təmin edərək şəxsi məlumatlarınızın ələ keçirilə bilməsi idi .
CAllJam və DreddCode Açığı da aradan qaldırıldı.
Update ilə birlikdə gələn digər bir təhlükəsizlik açığının da önünə keçildi. Reklam şəklində istifadəçilərin qarşısına çıxan və istifadəçilərin telefon nömrələrini , bəzi məlumatlarını internet saytları ilə paylaşan (CAllJam) və yerli şəbəkələri təhlükəyə atan (DreddCode) 2 pis məqsədli proqram da bu yeniləmə ilə aradan qaldırıldı.
Nexus istifadəçiləri bu yeniləmədən ilk faydalanacaq istifadəçilərdir . Digər Android versiyalarına yaxın zamanda təqdim ediləcək.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .