Tokyo universitetində elmi tədqiqatçılar qırıqları və çatlaqları təmir edə bilmə imkanına sahib şüşə ixtira etdilər .Tokyo universitetində Takuzo Aidanın rəhbərliyi altında olan komanda tərəfindən həyata keçirilən araşdırmanın nəticələri Sicence tərəfindən açıqlandı.Özünü təmir edən şüşə "polieter -tioüre"adını daşıyan çox yüngül bir polimerdən hazırlanıb. Adi halda qırılan kənarları biri birinə yapışdırmaq üçün 120 dərəcə istilik lazım gəlirdi.Yu Yanagisava tədqiqat nəticəsində kəsik kənarların 21 dərəcə altında bir birinə yapışdığını və güclü bir təbəqə əmələ gətirdiyini kəşf etdi.Sözü gedən material əllə toxunulduğunda yüksək istiliyə ehtiyac qalmadan çatları bərpa edir.Yeni texnologiyanın telefon ekranlarına və sensorlara da tətbiq oluna biləcəyini qeyd edən tədqiqatçılar bunun daha uzun ömürlü məhsulların istehsalında yeni bir başlanğıcın əsasını qoyacağı gözlənilir