Hər komputer istifadəçisinin bilməsi lazım olan 10 şey

Komputer istifadə edən hər kəsin bilməsi və tətbiqi lazım olan 10 əsas qayda bir arada!

10.Qısa yollarla işinizi sürətləndirin.

 Məsələn, bir web səhifəsində bir sözü tapmağınız lazımdır. Onu bütün mətni oxumaq yerinə CTRL+F qısa yolundan istifadə edərək axtardığınız sözü daxil etməklə tapa bilərsiniz. CTRL+S açıq olan səhifəni anında yadda saxlaya , CTRL+P çap edə , CTRL+T isə yeni bir səhifə aça bilir.

 

9. Təməl nüsxələmə sistemi qurun

 Bunu etmək sadəcə bir neçə dəqiqənizi alacaq , ancaq sizi irəlidə böyük dərdlərdən xilas edə bilər.Xarici bir diskdə məlumat toplanır, Windows depolama və ya Mac-da Time Machine-i istifadə edə bilərsiniz.

 

8. Viruslardan qorunun

 Viruslar ve digər zərərli proqram təminatları kompüterinizi ələ keçirəndə başınız çox ağrıya bilər. Ancaq günümüzdə viruslardan qorunmaq olduqca asandır. Windows 7-də ödənişsiz Microsoft  Security Essentials-dan və ya digər ödənişsiz antiviruslardan istifadə edə bilərsiniz. Android telefonunuz üçün belə antivirus proqramı tapmaq mümkündür. Yenə də bu qaydaları unutmamalıyıq : Şübhəli görünən bağlantıları açmayın, güvənmədiyiniz yerdən fayl yükləyib açmayın.

 

7. Şəbəkə nizamlama və Wi-Fi problemlərini aradan qaldırma

 Router-nizin parametrlərini başa düşmək cansıxıcı ola bilər. Ancaq bəzi problemlər çox sadə həllərə malikdir. Məsələn, modeminizi tez-tez yenidən başlatmağınız lazımdırsa həddindən artıq yüklənmə ilə (məsələn, torrent proqramı) məhdudlaşdırmadığınızdan əmin olun.

 

6. Batareyanın ömrünü mümkün qədər uzadın

 Kompüterin batareyasının vacib bir iş üzərində çalışarkən bitməsi  şübhəsiz ki, cansıxıcı bir vəziyyətdir. Lakin, Windows tərəfindən təmin edilmiş güc parametrləri ilə batareyanın istifadəsini optimize edə bilərsiniz.

 

5. Komputerinə hər yerdən daxil ol

 Evdən kənarda laptopunuzu istifadə edərkən evdəki komputerinizdə olan bir fayla daxil olmalısınız ? Belə bir vəziyyətdə iki həll var . Dropbox kimi online fayl saxlama xidmətindən istifadə edərək faylları hər yerə apara bilərsiniz . Yaxud ev kompüterni onu hər yerdən əldə edə biləcəyiniz şəkildə nizamlaya bilər, yalnız fayllara deyil proqramlara və daha çoxuna çata bilərsiniz.

 

4.Mütəmadi olaraq kompüterin baxımını edin

  Kompüterin baxımını etmək , diskləri birləşdirmək , müvəqqəti faylları təmizləmək , web brauzerin keşini mütəmadi təmizləmək komputer üçün vacibdir.

 

3. Faylları tez bir zamanda iki komputer arasında paylaş

 Yanınızda laptopu ilə oturan birinə fayl göndərmək üçün USB-ə ehtiyacınız yoxdur .Simli və simsiz şəbəkələrdə fayl paylaşımını etmək olduqca asandır. Əvvəlki addımlarda adını qeyd etdiyimiz Dropbox vasitəsi ilə bu əməliyyatı uğurla həyata keçirmək mümkündür.

 

2. İtirilmiş və ya oğurlanmış cihazınızı dərhal tapın

 iPhone sahibləri Apple-ın istifadəyə verdiyi Find My iPhone-dan faydalana bilər və telefonlarını itirdikləri halda rahat izləyə bilərlər. Laptop-larda isə Prey proqramı vasitəsi ilə itmiş cihazı asanlıqla tapmaq mümkündür.

 

1. Şəxsi məlumatlarınızı qoruyun

  Zaman-zaman şəxsi məlumatlarımızı əmanət etdiyimiz internetin çox da güvənli bir yer olmadığını bilirik .Bu səbəbdən də istifadə etdiyiniz parolların güclü olduğundan və qoşulduğunuz Wi-Fi-ların şifrəli olduğundan əmin olun.