Microsoft tərəfindən ötən il E3 sərgisində elan edilən Empires Definitive Edition oyununun çıxış tarixi açıqlandı . Strateji oyun dedikdə ağla gələn ilk oyunlardan biri də Age of Empires-di. Bildiyiniz kimi, Microsoft ötən il keçirilmiş E3 sərgisi çərçivəsində "Age of Empires Definitive Edition" adlı yeni bir strategiya oyununu elan etmişdi.
Orijinalın üzərində Definitive Edition-aparılan dəyişikliklər aşağıdakılardır:
-Müasir 4K vizuallıq üçün tamamilə yenidən qurulmuş aktivlər
-Xbox Live online oyun (LAN əlavə)
-Yeni musiqi, həmçinin yenidən yazılan orijinal soundtrack
-Hər tapşırıq üçün xüsusi izahlar
- Xüsusi tapşırıqların yaradılmasına imkan verən inkişaf etmiş bir misiya və ssenari redaktoru.
Populyar oyunun buraxılış tarixi artıq bəllidir. Oyun fevralın 20-də game həvəskarlarının ixtiyarına veriləcək.. Təəssüf ki, oyun Steam və ya GoG vasitəsilə yüklənə bilməz. Yalnız 19,99 dollar dəyərində Windows 10 kompüter üçün Microsoft mağazasında mövcud olacaq. Oyun üçün əvvəlcədən sifariş vermək münkündür. Oyunun beta versiyası 29 yanvarda təqdim ediləcək .