Epic Games-in oyun dünyasına ən böyük ərməğanlarından biri olan Unreal Engine 4 bu günə qədər bir çox oyunda istifadə edilib və istifadə edilməyə də davam edilir. PLAYERUNKNOWN'S Battlegrounds oyunu da Unreal Engine 4-ün "əsəridir".
Firma bu gün yayımladığı bir video ilə Unreal Engine 4-ün nələrə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu fotorealistik görüntülərdə personaj modelləmələrinin nə qədər inkişaf etdiyini asanlıqla görə bilərsiniz. OTOY adını verdikləri "üz incələmə" sistemini istifadə edərək hazırladıqları bu nümunəni Epic Games-in öz tətbiqini istifadə etməklə yükləyərək test etmək şansına sahibsiniz. Həmin bölməyə buradan keçid edə bilərsiniz. Əgər yükləyərək test etməyə vaxt sərf etmək istəmirsinizsə, o zaman aşağıdakı videonu izləyə bilər və video oyunların qrafiklərinin nə qədər inkişaf etdiyinin şahidi ola bilərsiniz.