Angry Birds seriyasının sahibi Rovio önümüzdəki həftə Battle Bay ilə tamamilə fərqli bir oyun təcrübəsini başlatmağı planlayır. Mərkəzi Finlandiyada olan şirkətin Angry Birds oyunlarından sıxılmısınızsa biraz səbr edin, çünki Battle Bay ilə tam başqa bir oyun qarşınızda olacaq.
Multiplayer əsaslı Battle Bay-də oyunçular eyni zaman kəsiyində döyüşlərdə bir-birlərinin qayıqlarını batırmağa çalışacaqlar. Oyunda 5 oyunçu komandasının qarşı-qarşıya qalacağı geniş miqyaslı döyüşlər də yer alacaq.
Təbii ki, Rovio Battle Bay-ə silah, zireh, əşya və bacarıq özəlliklərini əlavə etməyi unutmayıb. Toplar və əl bombaları isə oyunçuların başlanğıcda istifadə edə biləcəyi silahlardandır. Rovio yaxın günlərdə oyun zamanı dostlarınızla söhbət etmək kimi bəzi sosial özəlliklərin də oyuna daxil ediləcəyini xəbər verib.
Battle Bay 4 may tarixində iOS və Android əməliyyat sistemləri üçün ödənişsiz olaraq istifadəyə veriləcək. Şübhəsiz ki, bütün "free to play" oyunların olmazsa olmazı oyun daxili satın alma özəlliyi Battle Bay-də də yer alacaq.