3 nəfərlik şahmat oyunu!

Xəbərdəki linkdən oyunu online oynayıb özünüzü sınaya bilərsiniz!
Bir çox insan qədim Hindistanda yaranmış və günümüzə qədər gəlib çıxmış şahmat oyunu haqqında məlumat sahibidir. Yüksək düşünmə qabiliyyəti tələb edən bu oyun dünyanın ən məşhur oyunlarından biridir. Əgər özünüzü bu oyunda "usta" hesab edirsinizsə bir də oyunun 3 nəfərlə oynanan növünü yoxlayın. Bu sizin üçün həm yeni, həm də daha çətin oyun təcrübəsi olacaqdır.

3 nəfərlik şahmat oyunu 6 tərəfli taxta üzərində oynanılır. Taxta üzərində 96 xana vardır. Gedişlər eyni ilə 2 nəfərlik şahmatdakı kimidir. Tək fərq isə gedişlərin düzbucaqlı şəkildə deyil, əyri formada olmasıdır.

Bu oyun haqqda ilk ağıla gələn sual isə oyunun hansı sonluqla bitməsidir. Normal şahmatda oyunun bitməsi üçün oyunçulardan birinin digərini mat etməsi lazımdır. 3 nəfərlik şahmatda isə çox oyunçu tərəfindən qəbul edilmiş qaydaya əsasən mat edən oyunçu 1-ci, mat olan oyunçu sonuncu, digər oyunçu isə 2-ci olur.

Oyundakı digər problem isə hansı rəqib ilə mübarizə aparacağınızdır, çünki hər bir oyunçu digər 2 oyunçudan özünü müdafiə etməlidir. Həmçinin hər gedişdə digər 2 oyunçunun sizə qarşı və öz aralarındakı strategiyaya da diqqət etməlisiniz.




İlshat Tagiev adlı məşhur 3 nəfərlik şahmat oyunçusu 21-ci əsrin əvvəllərində tərəfsizlik qaydası-nı meydana çıxardı. Bu qaydaya əsasən hər kəs özünə rəqib bildiyi oyunçu tərəfindən hücuma məruz qalarsa ona əks-hücumla cavab verə bilər və beləliklə digər oyunçuya əlavə diqqət ayırmağa ehtiyac qalmır.

Əgər oyun diqqətinizi çəkdisə buradan online oynaya bilərsiniz.