San Fransiskoda təşkil edilən Game Developers Choice mükafat mərasimində bir çox oyun qurucusu bir araya gələrək 2016-nın ən yaxşı oyunlarını seçdi. Uncharted 4: A Thief's End, Battlefield 1 və Inside kimi oyunların da namizəd olduğu mükafat mərasimində "İlin ən yaxşı oyunu" Overwatch seçildi. Mərasimdə No Man's Sky-ın mükafat alması hər kəsi təəccübləndirdi. GDC-də mükafat alan oyunların siyahısı:
İlin ən yaxşı oyunu - Overwatch
Qabaqcıllıq mükafatı - Jordan Mechner
Yenilik mükafatı - No Man’s Sky
Təmsilçi mükafatı - Mark Deloura
Ən yaxşı texnologiya - Uncharted 4: A Thief’s End
Ən yaxşı dizayn - Overwatch
Ən yaxşı VR/AR oyunu - Job Simulator
Ən yaxşı vizual sənəti - Inside
Ən yaxşı izah - Firewatch
Ən yaxşı yüksəliş - Campo Santo (Firewatch ilə)
Ən yaxşı səs - Inside
Həyat boyu müvəffəqiyyət mükafatı - Tim Sweeney
Tamaşaçı mükafatı - Battlefield 1
Ən yaxşı mobil/əl konsolu oyunu - Pokémon GO