Huawei yeni Kirin 1020 prosessoru üstündə işləyir.

Huawei yeni prosessorları ilə digər prosessor istehsal edən şirkətlərlə böyük bir rəqabətə girməyə hazırlaşır.

Huawei yeni mobil prosessor üzərində işləyir. Yeni prosessor Kirin 1020 adlanacaq. Bu prosessor Kirin 970-dən 2 dəfə daha güclü olacaq. Hələki bu prosessor haqqında mövcud bir məlumat yoxdu. 5G şəbəkəsi istifadəyə verildikdən sonra kütləvi istehsalına başlanılacaq və telefonlarda istifadə ediləcək. HiSilicon Kirin 970 prosessoru hal-hazırda ən yaxşı prosessorlar arasındadır və performans cəhətdən digərlərindən geri qalmır. Kirin 970 prosessorunun texniki xüsusiyyəltəri aşağıdakı kimidir.

8 nüvəli , Cortex A73 2.4 GHz  və Cortex A53 1.8 GHz saat sürətinə malikdir. Mali G72MP12 GPU-a malikdir ki, bu isə əvvəlki prosessordan 20% daha performanslı və 50 daha səmərəli istifadə imkanı təqdim edir.

Kirin 980 prosessoru haqqında məlumatlar çixmışdı. Snapdragon 845-dən üstün sayılır. Kirin 980 prosessoru 7 nm-li texnologiyaya sahib olduğu üçün üstündür. Lakin prosessor hələki təqdim edilmiyib.