iPhone X istifadəçiləri üçün pis xəbər: Mesajlarınız oxuna bilər!

Smartfonlarda tez-tez rast gəlinən sistem açıqları bəzən ciddi problemlərə səbəb olur. Bu  dəfə isə sistem açığı problemlinə görə Apple-ın adı hallanıb. Belə ki,  Apple-ın səsli köməkçisi Siri-də yaranan bir sistem açığı iPhone X istifadəçilərinin mesajlarının oxunmasına səbəb olub. 

iPhone X modelinin kilid ekranı istifadəçinin istəyindən asılı olaraq gələn bildirişləri gizləyə bilir. Yəni, smartfon istifadəçisinin üzünü tanıyana qədər bu bildirişləri oxumaq mümkün olmur. Lakin bu yaxınlarda yaranan sistem açığı iPhone X kilidli olsa belə Siri-nin köməyi ilə gələn bildiriş və ya mesajların oxunmasına səbəb olub. Bunun üçün edilməli olan tək şey Siri-dən bildirişləri oxumağını istəməkdir. Bu əmri eşidən Siri iPhone X kilidli vəziyyətdə olsa belə bildirişləri oxumağa başlayır.

iDownloadBlog tərəfindən aşkar edilən bu səhvin köməyi ilə WhatsAppFacebook Messenger və New York Times bildirişlərini oxumaq mümkündür. Onu da qeyd edək ki, Siri sadəcə adını qeyd etdiyimiz tətbiqlərin bildirişlərini oxuya bilir. SMS və iMessages mesajlarını oxuya bilməyən Siri-dəki bu sistem açığı tezliklə gəlməsi gözlənilən yeniləmə ilə aradan qaldırılacaq.

Hazırda davam edən bu problem üçün istifadəçilərin hələ ki, edə biləcəyi tək şey Siri və ya bildirişləri deaktiv etməkdir.