Apple-ın ötən ilin sonlarında satışa çıxardığı xüsusi smartfonu iPhone X modelinin satış göstəricilərinə görə gözlənilən nəticəni verməməsi artıq hər kəsə məlumdur. Bu xəbərimizdə iPhone X əvəzinə iPhone 8 almaq üçün 9 əsas səbəbi təqdim edirik. Qeyd olunan səbəblərin bu iki smartfon arasında kəskin satış fərqinə təsir etməsi isə məntiqə uyğundur.
1. Smartfonlar arasındakı qiymət fərqi.
iPhone X smartfonu iPhone 8-dən daha bahalıdır. Satışa çıxdığı ilk gündən böyük maraqla qarşılanan iPhone X modelinin gözlənilən satış rəqəmlərindən daha aşağı nəticə göstərməsinə əsas səbəb onun qiymətinin yüksək olmasıdır.
2. Hər iki cihazın eyni prosessora sahib olması.
iPhone 8 və iPhone 8 Plus modelləri iPhone X ilə eyni prosessora sahibdir. Daha ucuz qiymətə təxminən eyni performansın əldə edilməsi isə bu 2 modeli iPhone X ilə rəqabətdə bir addım daha irəli çıxarır.
3. Touch ID texnologiyası Face ID-dən daha sürətlidir.
2013-cü ildə iPhone 5S-in satışa çıxması ilə təqdim olunan Touch ID texnologiyası iPhone-lardan istifadəni müəyyən qədər dəyişdirdi. Cihazın kilidini açmaqla yanaşı başqa mühüm funksiyaları da yerinə yetirən bu texnologiya iPhone istifadəçilərinin "etibarlı dostuna" çevrildi.
4. iPhone 8 və iPhone 8 modelləri də sürətli və simsiz enerji yığımını dəstəkləyir.
Apple-ın nəhayət ki, təqdim etdiyi sürətli və simsiz enerji yığma özəlliklərinə yalnız iPhone X modeli deyil, həm də iPhone 8 və iPhone 8 Plus sahibdir. Bu özəlliklərin hər 3 modelə aid ediləcək mənfi tərəfi isə ondan ibarətdir ki, cihazınızı sürətli və ya simsiz enerji yığan qurğuları əlavə olaraq satın almalısınız.
5. Əsas kameralar eynidir.
iPhone 8 Plus və iPhone X modellərində demək olar ki, eyni əsas kameralar yerləşdirilib. Şəkil çəkmək əsas maraq dairənizdədirsə hər iki smartfon ilə gözoxşayan şəkillər çəkə bilərsiniz.
6. Ön kameralar də bir-birindən fərqlənmir.
iPhone X və iPhone 8-dəki ön kameralar da eynidir. iPhone 8 və iPhone 8 Plus-ın FaceTime HD kameraları praktiki olaraq iPhone X modelinin TrueDepth kamera sisteminin içidəki ön kamerası ilə eyni özəllikdədir.
7. iPhone 8-də üst hissədə "girinti" yoxdur.
iPhone X modelindəki TrueDepth kamera sistemi telefonun üst hissəsində heç də xoş olmayan görüntü yaradır. Bu "girinti" smartfondakı ən çox tənqid edilən hissələrdən biridir.
8. Dizayndakı fərqliliklər.
Əgər iPhone 7 və ya iPhone 7 Plus modellərindən iPhone X modelinə keçmək istəyirsinizsə hal-hazırki işlətdiyiniz telefon aksesuarları və örtükləri ilə də vidalaşmalısınız. Çünki, iPhone X modelinin dizaynı və ölçüləri köhnə iPhone modellərindən olduqca fərqlənir.
9. Daha uzun batareya ömrü.
iPhone X çox yaxşı batareya ömrünə sahibdir, lakin iPhone 8 Plus-ın batareya ömrü daha uzundur. Bir çox testə görə iPhone X modeli ortalama 12-13, iPhone 8 modeli 13-14, iPhone 8 Plus modeli isə 14-15 (bəzi testlərdə daha çox) saatlıq batareya ömrü vəd edir.