Məşhur mikroblog saytı olan Twitter bir müddət əvvəl "kəşf et" özəlliyini alt menyuya əlavə etmişdi. Twitter bu yenilikdən sonra indi də 16 GB iPhone istifadəçilərini sevindirəcək yeniləmə yayımladı. Twitter-ın 6.73.2 versiyası ilə gələn özəllik sayəsində daxili yaddaşın dolmasına görə Twitter-ı silib yenidən yükləmə problemindən azad olursunuz.
Twitter-ın yeni gələn "Clear Cache" (keşi təmizləmə) özəlliyi ilə "medya depolama alanı" və "Web depolama alanı" bölmələrində keş yaddaşı tək toxunuşla silə bilərsiniz. Qeyd edək ki, bu özəllik Ayarlar > Veri kullanımı bölməsində yerləşir.