iPhone 6 Plus partladı!

Bir iPhone 6 Plus istifadəçisi telefonunun orijinal adapteri ilə şarj olduğu zaman partladığını açıqladı. Partlayan cihaz bir Apple Watch stendinə da zərər verdi. Galaxy Note 7 ilə tez-tez qarşılaşmağa başladığımız partlama mövzulu xəbərlərə bir yenisi də əlavə edildi. Amerikadakı regional xəbər kanallarından biri olan ABC30 bir iPhone 6 Plususun şarj olduğu zaman partladığını açıqladı. Partlayan cihazın sahibi olan Yvette Estrada cihazın necə partladığını xəbər kanalına verdiyi reportajda izah etdi. Şarj zamanı partlayan ağıllı telefon Estradanın söylədiyinə görə Applenin verdiyi orijinal adapteri aləti ilə şarj olurdu. Cümə axşamından Cümə gününə keçən gecə yaşanan hadisə iPhone 6 Plusdan gələn yanıq plastik qoxusuyla hiss edilmiş və cihaz partlamışdır .


Cihazı 3 ay əvvəl aldığını deyən Estrada partlayışdan zərər görmədiyini , ancaq yatağının bir hissəsinin yandığını, eynəklərinin və Apple Watch stendinin istifadəyə yararsız hala gəldiyini açıqladı. Appledan yeni bir iPhone 6 Plus tələb etdiyini söyləyən istifadəçi qurğusunun yanmış fotoşəkillərini Apple ilə də paylaşdı. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .