Apple iPhone 7-ni satışa çıxardıqdan sonra Apple Store-da iPhone 6 və iPhone 6 Plus modellərinin satışını dayandırmışdı. Hətta iPhone 7-nin təqdimatından sonra 16 GB 6S modelini 32 GB ilə əvəz etmişdi.
Apple bu gün sürpriz bir qərar ilə qarşımıza çıxdı və iPhone 6 modelini yenidən satışa çıxardığını elan etdi. Apple-ın bu qərarı böyük ehtimalla stokda qalmış iPhone 6 modellərini tamamilə satıb bitirmək istəyinə görədir. 16 GB modellər 32 GB-a yenilənərək satılacaqdır. Qeyd edək ki, bu satışlar Apple Store vasitəsi ilə olmayacaqdır.