Yeni iPhone modelləri üçün şok iddialar var

iPhone X ağıllı telefonlarının satışa çıxması iPhone modellərinin dəyişməyə başlamasına səbəb oldu. İlk dəfə OLED ekrandan istifadə edən iPhone X ilk dəfə ekranın yuxarı hissəsində kəsik sahə deyilən sahədən istifadə etdi. İlk əvvəl çox da sevilməyən bu dizaynı bir çox Android istehsalçıları təqlid etdi. Beləliklə iPhone X ilə edilən dəyişikliklər bazarda öz yerini tapdı. İndi isə yeni iPhone modellərində oxşar bir vəziyyətin reallaşacağı və Apple-ın yenə ilklərə imza atacağı bildirilir.

Картинки по запросу iphone touchless

Təmassız istifadə edilə bilən iPhone gəlir

Meydana çıxan xəbərlərə əsasən Apple bu dəfə təmassız idarə edilə bilən bir iPhone modeli üzərində işləyir. Qövsvari dizaynın olacağı və istifadəçilərin ekrana toxunmadan telefonu idarə edə biləcəkləri bildirilir. Əslində ərsəyə gələcək bu texnologiya əvvəllər də istiafə olunmuş bir texnologiyadır.

Galaxy S seriyalı telefonlarda istifadə olunan və müəyyən əməliyyatlarda barmağınızı ekrana yaxınlaşdırmağınızla telefonu idarə edə bildiyiniz texnologiya, o zaman özünü çox doğrultmamış və davamı gəlməmişdi. Apple-ın isə yeni iPhone modellərində bu sistemi geniş bir şəkildə istifadəyə verəcəyi bildirilir.

https://cdn.cultofmac.com/wp-content/uploads/2015/03/touchless_gesturing003.jpg

Onu da qeyd edək ki, yalnız bir menyuda və ya bir tətbiqdə deyil, bütün istifadə panelində tətbiq olunacaq bu texnologiya üçün Apple şirkəti artıq elmi-tədqiqat və inkişaf (Ar-Ge) mərhələsinə başlayıb. Bu yeni xüsusiyyətli iPhone modellərinin bu il təqdim olunacaq modellərdə yox, növbəti illərdəki modellərə tətbiq olunacağı deyilir. Ekranlar məsələsində bir ilkə imza atacaq Apple-ın yeni iPhone modelləri ilə bağlı xəbərlər gəldikcə məlumatları saytımızda paylaşmağa davam edəcəyik.