Oneplus, yeni telefon modelində çıxıntı olacağını təsdiqlədi. Şirkətin CEO-su Pete Lau, çoxsaylı yayılan şaiyələr görə məcbur qalaraq Twitter-də açıqlama verib. Açıqlamada bildirilir ki, çıxıntıdan istifadə olunmasına səsəb isə bizlərə daha çox sərhədsiz ekran təqdim etməkdir. Qabaq kameranın çıxıntıda deyil, başqa yerdə yerləşdirilməsi, istifadə üçün çətinlik yarada bilər. Tam ortada yerləşdirilməsi daha düzgün və daha rahat istifadə imkanını bizlərə təqdim edəcək. Həmçinin, Face Unlock özəlliyinin sürətli və rahat istifadəsini təmin edəcək. Bildiyimiz kimi 2017 və 2018-ci illərdə bir çox telefon çıxıntıdan istifadə etdiki, bu isə bütün telefonların bir-birinə cox bənzəməsinə səbəb oldu. Çıxıntıdan isə ilk dəfə Apple, iPhone X modelində istifadə etmişdir, yerdə qalan digər modellər iPhone X-ə baxaraq hazırlanmışdır.