Asus-dan Andoroid 8.0 qərarı !

Asus ZenFone 3 üçün yeniləmələri gecikdirib.

Keçən ay ZenFone 3 Laser, ZoomDeluxe modellərinə Android 8.0 Oreo əməliyyat sisteminin gələcəyini açıqlayan Asus, təəssüf ki, yeniləmələri vaxtında etməyib. Keçən həftə bu cihazlardan yalnız Deluxe modeli yenilənib.

Asus ZenFone 3 planlarını dəyişib?

Zoom Laser modelləri hələ ki, Android Nougat əməliyyat sistemi ilə davam edəcək. Bir müddətdir səssiz qalan Asus sonunda Twitter-də açıqlama verib. Android 8.0 Oreo əməliyyat sisteminin yüklənməsi ilə birlikdə bu cihazlarda bəzi problemlərin yaşandığına görə yeniləmə dəqiq bilinməyən bir tarixə ertələnib.

Yenilənmənin tarixini təxmini olaraq İyun ayının sonuna planlaşdıran Asus, verdiyi açıqlamada yenilənmənin bu tarixdən əvvəl gələ biləcəyini də bildirib.

Çox güman ki, bu yeniləmə Asus ZenFone 3 cihazlarının görəcəyi son yeniləmə olacaq.