1.Google ARCore

Google-ın ARCore platformu telefonunuzu istifadə edərək barmaqlarınızla artırılmış dünya yaratmağınıza kömək edir. Qeyd edək ki, bu proqram yalnız bəzi telefonlarda işləyir. Tətbiqin uyğun gəldiyi telefonların tam siyahısı üçün bu linkə daxil ola bilərsiniz.
2.IKEA Place
![]()
IKEA Place tətbiqi bir mebelin evinizdə və ya ofisinizdə necə göründüyünü görmək üçün çox əlverişlidir.
3.World of Tanks

Tankları real dünyada gözünüzün önündə görmək istəyirsiniz? World of Tanks tankları ətrafınızdakı ölçülərə uyğunlaşdıraraq bu işi sizin üçün edə bilər.
4.Monster Park
Dinozavrları xoşlayırsınız? O zaman Monster Parkı yükləyin. Və ətrafınızda gəzən dinozavrları görə biləcəksiniz.
5.Amazon Shopping

Amazondakı məhsulların real həyatda necə göründüyünü bilmək istəyirsinizsə bu tətbiq sizin üçündür. Sadəcə Amazon Shopping-i yükləyin, kamera ikonuna basın və AR View-i seçin.
6.Beer Pong


Beer Pongu yükləyərək real həyatda imiş kimi əlinizdəki topu yerdəki pivə fincanlarına salmağa çalışın. Telefonu fərqli bucaqlardan tutarkən topun sürəti də dəyişir. Real həyatda Beer Pong oyununun mahiyyətini buradan oxuya bilərsiniz. Xoş əyləncələr
.
7.My Cardiac Coach

My Cardiac Coach ürək masajına ehtiyacı olan birinə necə kömək edə biləcəyinizi artırılmış reallıq vasitəsilə öyrədir. Beləliklə ürək masajının texnikalarını öyrənmiş olursunuz.
8.AR Stickers

Google-ın öz məhsulu olan AR Stickers olduqca əyləncəlidir. Star Wars paketi və Strangers Things paketi ilə zənginləşən bu tətbiqdə hər kəs üçün bir şey var. Sadəcə Google Camera tətbiqini də endirin və menyudan mövcud personajları seçin və ya yükləyin.Qeyd: Tətbiq üçün telefonunuz Android 8.1 və daha yuxarı əməliyyat sisteminə malik olmalıdır.
9.Brickscape

Brickscape telefonunuzda oynamaq üçün əyləncəli və bir o qədər də çətin bir oyundur. Blokları yuxarı, aşağı, sağa və sola hərəkət etdirməklə pazlı həll etməyə çalışın
10.Paint Space

Paint Space müxtəlif fırçalar və rənglərlə havada fiqurlar çəkməyə imkan verir. Cihazınızdan fotoları yerləşdirə və onları real dünyada hər hansı bir yerə yerləşdirə bilərsiniz. Yeganə məhdudiyyət sizin təxəyyülünüzdür.