Whatsapp-da əngəllənənlər siyahısına düşənlərə xəbərimiz var.

Whatsapp-da bizi əngəlləyən şəxsə rahatlıqla mesaj yaza bilərik.

Ən məşhur mesajlaşma proqramı olan Whatsapp istifadəçi istəklərinə görə davamlı olaraq yeni yeniləmələr edir. Lakin çoxlarımız Whatsapp-ın bəzi gizli xüsusiyyətlərindən xəbərsizik.

Texnologiya.az olaraq sizlərə WhatsApp mesajlaşma tətbiqinin əngəlləmə funksiyası haqqında maraqlı bir xəbər verəcəyik. Əgər bir adam bizi tətbiqdə əngəlləyərsə, bu əngələ baxmayaraq o adama mesaj yollaya bilərik. Həmçinin, bu qarşı tərəf üçün də eynidir, yəni  siz istəmədiyiniz birini əngəllədikdə əngəllədiyiniz adam sizə Whatsapp-da rahatca mesaj yaza bilər! Bunun üçün əlavə tətbiq yükləməyə ehtiyac yoxdur.

Etməli olduğunuz tək şey WhatsApp abunəliyini ləğv etməkdir. Yenidən hesab yaratmaqla sizi əngəlləyən adamın qoyduğu əngəli ləğv etmiş olursunuz. Ancaq bir şeyi də qeyd edək ki,  abunəliyi ləğv etdikdə bütün qruplardan çıxış etmiş olursunuz!

 WhatsApp-da hesabınızı silmək üçün etməli olduğunuz tək şey isə WhatsApp-ı açıb Parametrlər> Hesab> Hesabımı Sil-i seçməkdir.