SwiftKey Android üçün yeniləndi!

Microsoft tərəfindən 250 milyon dollara satın alınan populyar tətbiqdən xəbərlərimiz var.

Microsoft tərəfindən 250 milyon dollara satın alınan və Android platformasında populyar klaviatura tətbiqlərindən biri olan SwiftKey yeniləndi. SwiftKey-ə gələn yeniliklərlə tanış olaq.

SwitfKey 7.0 adlanan yeniləmə ilə gələn ən böyük xüsusiyyət yeni bir toolbar-dır. İstifadəçilər yeni toolbar sayəsində GİFstikerlərdən istifadə edə, həmçinin, öz şəkilləri ilə yeni stikerlər yarada biləcəklər. İstifadəçilər bu özəlliyi istifadə edə bilmək üçün əvvəlçə 7.0 versiyasını yeniləməli və təxmin bölümünün sol tərəfindəki "+" düyməsinə toxunmalıdırlar. Bununla da istifadəçilər görünən stikerləri seçib göndərə biləcəklər. 


Bu xüsusiyyətlərdən başqa Android klaviaturasına az istifadə edilən daha 19 dil əlavə edilib. Bu dillər arasında Ayizo, Aymara, Baveyra, Kirundi, Lombard, Mam Misikto kimi daha az istifadə edilən, bir çoxumuzun bilmədiyi dillər yer alır. SwitfKey-in yeni versiyasını Google Play Store-dan ödənişsiz yükləyə və ya yeniləyə bilərsiniz.