Apple şirkəti iOS əməliyyat sisteminin istifadəçi sədaqəti ilə uzun illərdir ki, siyahının zirvəsində yer alırdı. Lakin son iOS yeniləmələri ilə yaranan problemlər və batareyası köhnələn iPhone-ların yeniləmələr ilə yavaşladılması kimi xoşagəlməz hadisələr Apple-ın zirvədəki yerini itirməsinə səbəb oldu.
Böyük firmaların xüsusi diqqət etdiyi "istifadəçi sədaqəti" mövzusunda bugün böyük bir dəyişiklik müşahidə edildi. Consumer Intelligence Research Partner-ın etdiyi araşdırmalarda - "Android istifadəçilərinin sədaqətinin illər keçdikcə artdığı və bu artımın 2017-ci ildə pik həddə çatması" məlum olub.
Android istifadəçilərinin 91%-i bir sonrakı smartfon seçimində yenə də Android smartfonları seçərkən, iOS cəbhəsində bu göstərici 86%-ə qədər geriləyib. Yəni, iPhone istifadəçiləri smartfonlarını dəyişdirdiklərində artıq seçimlərini Android cihazlar arasında edirlər.
İstifadəçi sədaqəti mövzusunda liderliyi iOS-in əlindən alan Android ƏS-nin bu yüksəlişə yeni versiyası 9.0 P ilə də davam edəcəyi düşünülür.