Android-də Ekran Videosu Çəkmək

ADV Screen Recorder tətbiqi vasitəsi ilə Android cihazlarda ekranın videosunu çəkə bilərsiniz.

ADV Screen Recorder tətbiqi  Android cihaz sahiblərinin mobil telefonlarinda ekran videolarını asanlıqla çəkmək üçün hazırlanmış ödənişsiz tətbiqdir. Olduqca sürətli və sadə mexanizmi sayəsində bütün ekran videosunu qeyd alma prosesləri asanlıqla həyata keçirilir və bunun üçün hər hansı "root" lazım deyil.

ADV Screen Recorder tətbiqindən istifadə zamanı ekran qeydini saxlamaq , çəkimdən sonra videonu kəsmək mümkündür.

Eyni zamanda video çəkimi zamanı ekrana rəngli qələmlərlə qeydlər etmək , əlavə olaraq çəkimdən sonra yazı yazma , banner əlavə etmək kimi müxtəlif funksilardan da istifadə edə bilərsiniz. Beləcə ekran videosunu kompyuterdə yenidən düzəltməyə ehtiyac qalmadan telefonunuzdan hazır əldə edə və paylaşa bilərsiniz.