Hamının həyəcanla gözlədiyi Samsung Note 9 seriyası Avqust ayının 9-da New York şəhərində təqdim ediləcək. Bununla bağlı internetdə qısa bir video yayılıb. Sport sarı rəngə sahib olan qələm, Note seriyasında yeni bir rəngin olacağına bir işarədir. Telefonun texniki xüsusiyyətlərinin aşağıdakı kimi olması gözlənilir.
4000 mAh batareya
512 GB -ə qədər yaddaş, 8 GB ram.
Mikro SD card dəstəyi.
Snapdragon 845 və ya ən son nəsil Exynos prosessorları ilə təqdim ediləcək.
Bixby 2.0 özəlliyi.
Tam dəqiq texniki xüsusiyyətlər yaxın zamanda dəqiqləşər.
Buyurun, Note 9-la bağlı qısa video.