Samsung-un Apple-ın dizayn xüsusiyyətlərini təqlid etdiyinə və şirkətə vurduğu zərərlərə görə Apple-a 539 milyon dollar ödəməsinə qərar verildi.
Apple ilə Samsung arasında 2011-ci ildən davam edən patent mübahisəsində yeni irəliləyiş baş verdi. Məhkəmə Samsung-un Apple-ın ağıllı telefonlarında istifadə olunan yuvarlaq künc, ön çərçivə və tətbiq düzülüşü kimi dizayn xüsusiyyətlərini təqlid etdiyi və verdiyi zərərlər səbibilə Apple-a 539 milyon dollar ödəməli olduğuna qərar verdi.
Apple-dan verilən açıqlama isə bu şəkildədir:
Dizaynın dəyərinə əhəmiyyət veririk və komandalarımız daima müştərilərimizi məmnun edən yeni məhsullar yaratmaq üçün çalışır. Bu mübahisə əvvəldən bu yana sadəcə pul ilə bağlı deyildi.
Münsiflər Samsung-un Apple-ın patentli texnologiyalarını təqlid eədək yaratdığı ağıllı telefon və digər məhsullardan qazandığı pullar səbəbilə Apple-a borclu olduğu qənaətinə gəlib.
7 illik hüquq müharibəsi
Yeddi ildir davam edən mübahisədə dəfələrlə qərarlar verilmiş və bu qərarlar da dəfələrlə apellyasiyaya verilmişdi. Texnologiya dünyasının ən qarışıq və əhatəli mübahisələrindən biri olan bu prosesin başlanğıcında Apple Samsung-dan 2.5 milyard dollar ödəmə tələb etmişdi. 2012-ci ildə məhkəmə Apple-a 1 milyard dollardan az ödəmə verilməsinə qərar vermişdi.
2015-ci ildə bir apellyasiya məhkəməsi isə Apple-ın iPhone-nun görünüşünü öz adına keçirə bilməyəcəyinə qərar vermiş və beləcə, Samsung-un ödəməli olduğu məbləğ 548 milyon dollara düşmüşdü. Samsung 2015-ci ilin dekabr ayında bu cəriməni ödədi və hər iki şirkət ABŞ-dan kənardakı məhəkəmə işlərindən çəkilməyi qərarlaşdırdı.
Ancaq etirazlar bu dəfə ABŞ-ın Kaliforniya ştatındakı federal məhkəmədə davam etdi. Samsung Apple-ın alacağı ödəməni azaltmaq üçün səy göstərdi.
Samsung-un vəkilləri Victoria Maroulis və Kevin Johnson-un uduzduqları məhkəmədən sonrakı çıxışdakı görünütüsü (2012)
Texnologiya nəhənglərinin arasındakı iki mübahisədən biri ötən ilin noyabrındakı sürüşdürərək düymə kilidini açmaq patentinin Apple-a aid olduğu və Samsung-un bu texnologiyanı istifadə etdiyi üçün Apple-a 120 milyon dollar ödəməli olduğu qərarı ilə nəticələnmişdi.
Apple-ın vəkili Rachel Krevans (ən sağda), Samung-un Apple-a 120 milyon dollar ödəyəcəyi qərarı verilən məhkəmədən sonrakı çıxışdakı görünütü
İndi isə son məhkəmə işi ilə bağlı qərar verildi. Artıq iki şirkət arasındakı hüquq müharibəsinin sona çatması gözlənilir. Qeyd edək ki, Samsung iPhone X-in ekran panellərini istehsal edən yeganə şirkətdir. Belə olan şəraitdə rahatlıqla deyə bilərik ki, texnologiya dünyasında dost da, düşmən də eynisi ola bilər.