Samsung AR Emoji texnologiyasını ilk dəfə təqdim edən zaman hər kəs bunun Apple-ın Animoji-sinə cavab olduğunu zənn etmişdi. Amma ötən həftə Samsung-a onun AR Emoji-ni ərsəyə gətirməsinin başqa səbəbi olduğunu göstərən patent verildi. Patenti almaqda məqsəd сanlı video danışıqları zamanı bant genişliyi problemini həll etməkdir.
2013-cü ildə Samsung yaxın gələcəkdə canlı video danışıqları zamanı bant genişliyi (simli və ya simsiz rabitə bağlantısı zamanı bir kompüter şəbəkəsi və ya internet bağlantısı ilə bir nöqtədən digərinə 1 saniyədə ötürülən məlumatın həcmi: 1 Hs = 1 san-1 ) problemlərinin olacağını və bu səbəblə də istifadəçilərin bir-birilərilə üzlərinin 3 ölçülü modelləri vasitəsilə video danışıq həyata keçirə biləcəkləri texnologiya patentinə müraciət etdiklərini bildirmişdi.
Samsung-un AR Emoji görünütsü
Patentdə qeyd olunub ki:
Hazırki video əlaqə sistemləri standart olaraq yüksək bant genişliyi tələb edir və kadrlar başqa cihazlara ötürülməmişdən qabaq yığılaraq sıxışdırıldığına görə, təbii olaraq çoxlu gecikmələrə səbəb olur. Bundan əlavə, kamera ekrana yerləşdirilmədiyinə görə insanlar adətən göz təması qura bilmirlər. Buna görə də bant genişliyinin azalması şərtilə istifadəçinin həqiqi oxşarlığını, üz ifadələrini və hərəkətlərini həqiqi zamanlı olaraq göstərə bilən vizual əlaqə sisteminə ehtiyac var.
Təxminən bu şəkildə video əlaqə ola bilər
AR Emoji şəkliniz əsasında özünüzə aid avatar yaratmağınıza və bunu başqalarına şəkil və GİF olaraq göndərməyinizə kömək etsə də, video zəngdə istifadə oluna bilinmir.
Beləliklə, patentin alınması sayəsində yaxın zamanda insanlar bir-birilərilə öz avatarları vasitəsilə görünütülü olaraq söhbət edəcəklər. Qeyd edək ki, AR Emoji ilk dəfə Samsung S9 və S9 Plus ilə təqdim olunsa da, bu texnologiya Samsung-un adına lisenziyalaşdırılmayıb və telefonlar bu texnologiya üçün hər hasnı xüsusi təchizata sahib deyil. Beləliklə, bu texnologiyanı digər cihazlarda da görə bilərik.