Samsung-un flaqman ağıllı telefonlarının 2019-cu ilin əvvəlində tanıdılacağı haqqında söhbətlər gedir.
Samsung-un bayraqdar ağıllı telefonlarını mövqeləndirdiyi Galaxy S seriyasının yeni məhsullarını adətən yaz aylarında təqdim etməyə üstünlük versə də, bu dəfə bu tarix daha əvvələ çəkilə bilər. Galaxy S9 telefonu Galaxy S8-dən 11 ay sonra təqdim edilmişdi. Görünür, Galaxy S10 istifadə etmək istəyənlər bunun üçün daha gözləməli olacaqlar.
Galaxy S10-un təqdimatının 8-11 yanvar tarixləri arasında Las Veqasda keçiriləcək İstehlak Elektronikası Sərgisi 2019-da (CES 2019) olacağı gözlənilir. Samsung əvvəllər bu tədbirdə smartfon təqdimatı həyata keçirməyib. Lakin 2019-cu ildə təqdim edilməsi maraqla gözlənilən digər smartfonla birlikdə bu telefonların bir-birinin kölgəsində qalmaması üçün bir ay fərqlə çıxması gözlənilir.
Cənubi Koreaynın The Bell saytının Samsung-un hissə tədarükçülərindən əldə etdiyi məlumata əsasən, şirkət bu ilin noyabr ayında qatlanabilən ağıllı telefonu üçün komponent tədarük edəcək və 2019-cu ilin 25-28 Fevral tarixlərində Barselonada keçiriləcək Mobil Dünya Konqresində təqdim ediləcəyi gözlənilir. Qeyd edək ki, Galaxy S9 da builki Mobil Dünya Konqresində təqdim edilmişdi.