Bildiyimiz kimi SSD-lər HDD-lərdən qat-qat sürətlidirlər və istifadəçilər üçün proqramların açılması və digər vasitələr üçün çox yararlıdırlar. Bazarda hər qiymətə SSD tapmaq mümkündür. Ən yaxşı SSD-lərə Samsung, Toshiba OCZ, Kingston və başqa digər modelləri aid etmək olar. Samsung öz EVO seriyası ilə SSD-lər üzrə öz peşəkarlığını və maksimum performans dəyərlərini göstərməyə qadirdir. SSD-lərin qiymətləri HDD-lərə nisbətən baha olur. Çünki bu,marka, yaddaş və performans dəyərlərindən aslıdır.
Samsung 8 TB NVMe SSD-i təqdim edib. NF1 faktorunda və 11x3.05 sm ölçüsündə olan bu SSD öz həcminə görə fərqlənir. SSD-in daxilində 15 ədəd 512 GB NAND çipi var. Hər çipdə isə 16 ədəd 256 gigabit V-NAND lay hissə yerləşir. SSD Pcle 4.0 dəstəyini bizlərə təqdim edir. Oxuma sürəti 3.100 MB / s, yazma sürəti isə 2,000 MB / s-dir. Təsadüfi oxuma performansı 500.000 İOPS, yazma isə 50.000 İOPS-dur. Həmçinin SSD-ə 12 GB LPDDR4 DRAM əlavə edilib.