Samsung Galaxy J8 (2018) -in detalları ortaya çıxdı.

İddialar doğru olarsa Samsung J8 Android Oreo ilə qutudan çıxan ilk Samsung modeli olacaq.

Samsung Galaxy J seriyasının  A seriyasından daha ucuz, orta səviyyəli smartfon olduğu hər kəsə məlumdur. Bu kontekstdə seriyanın yeni üzvü  Galaxy J8 (2018) modeli haqqında  detallar ortaya çıxdı.
Model adı hələ tam məlum deyil. Bununla belə  şirkətə yaxın mənbələr tərəfindən  bu cihazın Geekbench və GFXBench kimi fərqli testlərdə ortaya çıxan   SM-J720F model nömrəsi ilə  yenilənmiş Galaxy J8 modeli olduğu iddia edilir.

Galaxy J8 (2018) xüsusiyyətləri necə olacaq?
Ortaya çıxan  məlumatlarda cihazın 1.59 GHz-də işləyən səkkiz-core Exynos 7885 CPU  (prosessor)  və Mali G-71 qrafika birimi ilə təchiz edildiyi göstərilir.Cihaz  4 GB RAM-a sahib olacaq.
5 düym böyüklüyündə 1280 × 720 piksel bir ekrana sahib olan Galaxy J8 (2018) modelinin arxa tərəfində 12 Megapiksel, ön tərəfində isə 8 Megapiksel bir kameraya sahib olması  gözlənilir.

Hər iki kamera Full HD formatında video çəkə bilər. Cihaz haqqında diqqət çəkən bir digər detal isə Android 8.0 Oreo ilə qutudan çıxacaq olmasıdır. Çünki, bu telefon iddia edildiyi kimi MWC 2018-dən  əvvəl təqdim  olunarsa  Android Oreo ilə qutudan çıxan ilk Samsung modeli olaraq Galaxy S9-u geridə buraxacaq.