Samsung özünün SamsungOne adlandırdığı fontunu yaratdı!
Bir firmanın marka dəyəri baxımından məhsulları qədər istifadə etdiyi loqo və hətta yaratdığı kampaniya və reklamlarında istifadə etdiyi söz və font belə əhəmiyyət daşıyır. Bu baxımdan Google Roboto adlandırdığı fontu istifadə edərkən firmanın ən böyük rəqibi olan Apple isə San Francisco adında xüsusi bir font istifadə edir. Ayrıca Microsoft-un marka fontu isə Segoe-dir.
Bu baxımdan özünə xas sadə bir font yaradan Samsung fontun adını SamsungOne olaraq bildirdi. Fontun devizi olaraq "humanist, özünə xas, qlobal, mütəxəssis və oxunaqlı" ifadə edən Samsung eyni zamanda 400 dili dəstəkləyən 25 000 simvola sahib bir font yaratdığını da xüsusi vurğuladı.
İlk başda reklam və marka təqdimatlarında istifadə ediləcək olan SamsungOne-ın Galaxy Note7-də də font olaraq istifadə edilmə ehtimalının olduğunu bildirək.
SamsungOne-ın yaradılmasında əsas rol oynayan tipoqraf Neville Brody-in izahatı ilə SamsungOne şriftinin necə dizayn edildiyini aşağıdakı videodan izləyə bilərsiniz.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .