Samsung yeni məhsul olaraq həm ağıllı telefon, həm planşet, həm də saat ola bilən 3-ü 1 yerdə ağıllı cihaz dizayn etməyi planlaşdırır.
Hal-hazırda Samsung-un Galaxy Note seriyası kimi həm telefon, həm planşet kimi istifadə edilə bilən böyük ekranlı cihazlar olduqca geniş yayılmışdır . Lakin, Samsung mövcud vəziyyəti bir addım daha irəli aparmaq istəyir. Belə ki, Samsung-un almış olduğu maraqlı və yenilikçi patentə əsasən bir neçə il sonra həm ağıllı saat, həm telefon, həm də planşet ola biləcək 3-ü 1 yerdə telefonların həyatımızda öz yerini tutacağı istisna deyil .
SAMSUNG YENİ ÇIXACAQ CİHAZI üçün iddialıdır !
Belə bir texnologiyanın ərsəyə gəlməsinə illərin lazım olduğunu düşünsək belə, Samsung indidən aldığı patentlər ilə işlərə başladığının siqnalını verir. Yəni cibimiz yerinə qolumuza taxacağımız, lazım olduqda planşet olaraq istifadə edə biləcəyimiz, olduqca maraqlı bir cib telefonuna sahib olma ehtimalımız var deyə bilərik.
Cihazın necə olacağı maraqlıdır !
Tamamilə qatlana bilən bir ekrandan ibarət olacaq cihaz burulduqda ağıllı saat, azca maililik verdikdə ağıllı telefon və düz olduqda isə planşet olacaq . Cihazın necə bir görünüşə sahib olacağı indidən maraq doğurur.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .