“Samsung” iki fərqli “Note 6” təqdimatının hazırlığındadır

Texnologiya.az "Sosialmedia.az"-a istinadən xəbər verir ki , “Samsung” şirkətinin iki böyük flaqman modeli var. Bunlardan biri “S”, digəri isə “Note” ardıcıllığıdır. “Galaxy S7” və “Galaxy S7 Edge” modelləri yaxın günlərdə təqdim olunduğu üçün gözlər “Note” ardıcıllığına çevrildi. Şirkət bu il iki fərqli “Note 6” modeli təqdim edəcək: qövssüz və qövslü ekranlı. Ekran ölçüsünün 5.8-düym QHD olması gözlənilir və iki modelin ekran ölçüsündə fərq olmayacaq. Qeyd edək ki, “Note 6”-nın batareyasının 4000 mAh olması gözlənilir.