Texnologiya nəhəngi Samsung 30.72 Terebayt yaddaş həcminə sahib olan dünyanın ən yüksək həcmli SAS SSD-sini istehlakçılara təqdim etdi. Yeni SSD əvvəlki modeldən 3 dəfə daha sürətlidir .
Samsung iki il əvvəl 15.36 Terabayt olan bir SSD istehsal edərək bu sahədə bir ilkə imza atmışdı. İndi isə 30.72 Terabaytılıq yaddaşla dünyanın ən yüksək həcminə malik SSD diskini istehsal edərək bu rekordu əlində tutmaga davam edir.
Model əvvəlkindən 3 dəfə daha sürətlidir.
Yeni 2.5 inç SSD-nin korporativ firmalar üçün yaddaş və saxlama problemlərinin həlli üçün istehsal olunduğu bildirilir. 400.000 IOPS və 50.000 IOPS-ə qədər təsadüfi oxuma / yazma sürəti ilə yanaşı 2,100 MB / s və 1,700 MB / s növbəli oxuma / yazma sürətinə sahib olan disk əvvəlkin modeldən 3 qat daha sürətlidir. Bunun daha yaxşı başa düşülməsi üçün bu nəhəng diskdə ortalama 5.700 tam HD (1920x1080) film saxlanıla bilməsini qeyd edə bilərik.
SV texnologiyasına sahib 10 ədəd 4 GB RAM olduğu SAS SSD 32 ədəd 1 TB V-NAND komponentləri və yeni bir proqram təminatı ilə qarşımıza gəlir . Samsung-un yeni SSD-sinə 5 il zəmanət verildiyi qeyd edilir. Texnologiya nəhəngi 15.36, 7.68, 3.84, 1.92 TB və 960, 800 GB SSD modellərinin də istehsalına başlayacaq.