Hansı yaxşıdır? SSD, yoxsa SSHD?

İki yaddaş qurğusunun xüsusiyyətləri ilə ranış olun.

Sabit diskinizi yüksəltmək və ya kompüter almaq istəyirsinizsə, cihazın yaddaşı məsələsinə diqqət etməyə dəyər. SSD və SSHD-in rəqabətda olduğu bir zamanda hansının sizin üçün uyğun olan yaddaş qurğusu olmasını açıqlayacayıq.

 

SSD

Daha yaxşı performans üçün SSD-dən istifadə edə bilərsiniz. SSD-lər normal HDD-lərdən 10 dəfə daha sürətlidır. SSD daha böyük həcmli və inkişaf etmiş USB fləş yaddaşı kimidir. Yaddaşı daxilindəki mikroçiplərlə təmin olunan SSD-lərin hərəkət etdirilə bilən hissəsi yoxdur.

İnformasiyanın oxunması və yazılması baxımından SSD HDD drayverindən daha sürətlidir. SSD-nin standart həcmi 1.8, 2.5 və ya 3.5 düym olur. Yaddaş tutumu isə 250GB - 1TB (noutbuklar üçün 4TB) həcmindədir.

 

SSHD

SSHD bir növ SSD-in sürətini və HDD-nin yaddaş tutumu qabiliyyətini birləşdirmiş mələz yaddaş qurğusudur. 250GB - 3TB mexaniki yaddaşa sahib ola bilirlər.

SSHD-lər daha az büdcəli yaddaş və performansa sahib olması ilə son qərar olaraq əldə edə biləcəyiniz qurğudur. SSHD Adaptiv Yaddaş Texnologiyası və kiçik həcmdə NAND fləş yaddaşı ilə təmin olunub.

 

Ən yaxşı yaddaş qurğusu hansıdır?

Əgər yüksək performans istəyirsinizsə, SSD alın. Əgər böyük yaddaşa ehtiyacınız varsa SSHD alın (daha az pul xərcləmək istəyirsinizsə, ənənəvi Sərt Disk ala bilərsiniz).

Bundan başqa, kompüteriniz üçün yaddaş qurğusu alarkən, onun həcminə də fikir verin. Məsələn, bəzi noutbuk və leptoplar daha kiçik - 1.8 düymlük drayver tələb edir.